Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunacaq

Şou

26 Sentyabr 2026 13:25 96


Məşhur türk aktrisa Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, aktrisanın səhhətində yaranan problemlər uşaqlığındakı miomaların götürülməsi üçün keçirdiyi ilk əməliyyatdan sonra başlayıb. Əməliyyat zamanı bağırsağında yaranan fəsad səbəbindən Bekiroğlu ard-arda bir neçə dəfə əməliyyat olunmalı olub.

Hazırda müalicəsini davam etdirən aktrisa 9-cu əməliyyata hazırlaşdığını açıqlayıb. O, həkimlərinin yeni əməliyyatdan əvvəl arıqlamasını istədiyini bildirib. pizza

Harbiye Açıq hava səhnəsində görüntülənən Bekiroğlu səhhətinin əvvəlkindən daha yaxşı olduğunu deyib. Kökəldiyini, lakin bunu problem etmədiyini bildirən aktrisa yenidən çəkiliş meydançasına qayıtmaq istədiyini vurğulayıb.

Bekiroğlu yaşadığı çətin dövrdə qurban kəsdiyini və nəzir etdiyini də açıqlayıb. O, bu barədə ətraflı danışmaq istəmədiyini bildirib.

Aktrisa şəxsi həyatında da hər şeyin qaydasında olduğunu və münasibətinin davam etdiyini söyləyib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!