Bədənimiz havanın necə olacağını əvvəlcədən bizə siqnal verirmiş… -   MARAQLI ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Bədənimiz havanın necə olacağını əvvəlcədən bizə siqnal verirmiş… - MARAQLI ARAŞDIRMA

Maraqlı

25 Oktyabr 2026 08:34 100


Hava şəraitinin ağrılara təsiri ilə bağlı elmi araşdırmalar fərqli nəticələr ortaya qoyub.

“Yeni Sabah” xəbər verir ki, 2024-cü ildə dərc olunan sistematik icmal və meta-analizdə 15 315 nəfərin məlumatları araşdırılıb. Nəticədə hava şəraitindəki dəyişikliklərin diz, bud-çanaq və bel ağrılarını birbaşa artırdığına dair ardıcıl elmi sübutlar aşkar edilməyib.

Bununla belə, 2023-cü ildə osteoartritlə bağlı aparılan başqa bir meta-analizdə temperatur və atmosfer təzyiqi kimi meteoroloji amillərlə ağrı arasında müəyyən əlaqələr olduğu bildirilib. pizza mizza

Araşdırmaların nəticələrinin fərqli olması onların müxtəlif pasiyent qruplarını, tədqiqat metodlarını və ağrı göstəricilərini əhatə etməsi ilə əlaqələndirilir. Mütəxəssislər qeyd edirlər ki, iki hal arasında əlaqənin olması birinin digərinə səbəb olduğunu sübut etmir.

Hava şəraiti insanların hərəkət vərdişlərinə, gündəlik fəaliyyətinə və ümumi əhvalına təsir göstərə bilər. Lakin ağrıları yalnız hava dəyişiklikləri ilə əlaqələndirmək düzgün deyil.

Qeyd olunub ki, ağrı çoxşaxəli və fərdi təcrübədir. Elmi sübutların məhdud olması insanın hava dəyişiklikləri zamanı hiss etdiyi ağrının real olmadığı anlamına gəlmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!