“SpaceX” şirkətinin təsisçisi İlon Mask Ukrayna ordusunun “Starlink” peyk sistemindən istifadə şərtlərini pozduğunu və bununla bağlı boşluğun aradan qaldırıldığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O qeyd edib ki, Ukrayna ordusu “Starlink”dən insanları öldürmək məqsədi daşıyan hücum dronlarının idarə olunması üçün istifadə edib və bu, sistemin istifadə şərtlərinə ziddir. Pepperoni pizza
Maskın sözlərinə görə, sözügedən boşluq ötən həftə aradan qaldırılıb. O, “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
“Əgər Starlink sıradan çıxarılarsa, Ukraynanın cəbhə xətti dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə bir faktdır”, – deyə Mask bildirib.
İş adamı həmçinin Ukraynadakı münaqişənin qeyri-müəyyən müddətə davam etməsini müdafiə edənləri sərt tənqid edib. O, real həll yolu təklif etmədən müharibənin uzanmasını istəyənləri “ikiüzlü, kinli müharibə qızışdırıcıları” adlandıraraq onlara qarşı nifrətini ifadə edib.
Telegram kanalımız