Üzümüzə gələn avqust ayı təkcə isti havalarla deyil, emosional gərginliklə də yadda qala bilər. Astrologların fikrincə, bu ay bəzi bürclər üçün münasibətlərdə mühüm qərarların veriləcəyi, uzun müddətdir yığılıb qalan problemlərin üzə çıxacağı bir dövr olacaq. Xüsusilə etimad, qısqanclıq və ünsiyyət problemləri bəzi cütlükləri ayrılıq həddinə qədər gətirib çıxara bilər.
"Yeni Sabah" xəbər verir ki, hind astrologiyası üzrə tanınmış astroloq Çiraq Daruvalla avqust ayı proqnozlarında bəzi bürclərin sevgi həyatında çətin sınaqlarla üzləşəcəyini bildirib. Astroloqun aylıq proqnozlarında münasibətlərdə səbirli davranmağın vacibliyi vurğulanır.
O, qeyd edib ki, avqust ayında baş verəcək planet keçidləri və tutulma mövsümü emosiyaları daha da gücləndirəcək. Bu isə onsuz da problemli münasibətlərdə gərginliyi artıra bilər. Toyuqlu pizza
Əkizlər
Əkizlər bürcü üçün əsas problem ünsiyyət olacaq. Deyilməyən sözlər, anlaşılmazlıqlar və qarşı tərəfin hisslərini nəzərə almamaq münasibətdə soyuqluq yarada bilər. Daruvallanın proqnozuna görə, emosiyalarla deyil, məntiqlə hərəkət edən Əkizlər münasibətlərini qoruya biləcəklər.
Qız
Qız bürcləri bu ay tərəfdaşlarına qarşı həddindən artıq tələbkar ola bilərlər. Xırda məsələlərin böyüdülməsi, tənqid və narazılıqlar münasibətdə gərginliyi artıracaq. Astrologlar məhz bu bürcə kompromisə getməyi tövsiyə edirlər.
Əqrəb
Əqrəblər üçün avqust emosional baxımdan ağır keçə bilər. Qısqanclıq, güvənsizlik və keçmişdə qalan problemlərin yenidən gündəmə gəlməsi münasibətlərə mənfi təsir göstərə bilər. Astroloqlar bildirirlər ki, hissləri gizlətmək əvəzinə açıq danışmaq daha doğru seçim olacaq.
Dolça
Dolçalar bu ay daha çox şəxsi azadlığa ehtiyac hiss edəcəklər. Bu isə partnyorları tərəfindən laqeydlik kimi qəbul edilə bilər. Nəticədə qarşılıqlı narazılıqlar arta və münasibətlər sınaq qarşısında qala bilər.
Balıqlar
Balıqlar emosional qərarlar verməyə meyilli olacaqlar. Astroloqlar xəbərdarlıq edirlər ki, tələsik verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Xüsusilə ayın ikinci yarısında münasibətləri bitirmək əvəzinə problemləri müzakirə etmək daha faydalı olacaq.
Astroloqlar nə tövsiyə edir?
Çiraq Daruvalla hesab edir ki, avqust ayında münasibətlərdə ən vacib amil səbir və düzgün ünsiyyətdir. Onun fikrincə, bu ay ayrılıq yaşayan cütlüklərin əksəriyyətində problem yeni yaranmayacaq, sadəcə uzun müddətdir həll edilməyən narazılıqlar üzə çıxacaq. Bununla yanaşı, astroloqlar vurğulayırlar ki, tutulma mövsümü və planet keçidləri xüsusilə köhnə problemləri yenidən gündəmə gətirə bilər. Bu səbəbdən münasibətlərdə emosional qərarlar vermək əvəzinə, qarşı tərəfi dinləmək və kompromisə getmək tövsiyə olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız