Orta Şərqdə hərbi-siyasi gərginliyin eskalasiyası qlobal enerji bazarlarını tarixi böhran həddinə çatdırıb.
“Yeni Sabah” xəbər verir ki, Səudiyyə Ərəbistanının strateji Şərq-Qərb neft boru kəmərinin vurulması və Husilərin Qırmızı dəniz sahilində nəzarəti ələ keçirməsindən sonra Ər-Riyad Yanbu neft terminalından Avropaya olan yükləmələri tamamilə dayandırıb.
Boru kəmərinin sıradan çıxması və marşrutun təhlükə altına düşməsi fonunda Səudiyyə Ərəbistanının bu adımı dünya bazarında enerji şokunu kəskin həddə çatdırıb. Dördpendirli pizza
Analitiklərin fikrincə, tədarükün kəsilməsi yaxınlaşan prezident seçkiləri ərəfəsində ABŞ administrasiyası üçün ciddi siyasi və iqtisadi çətinliklər yaradır. Qlobal neft qiymətlərinin kəskin yüksəlməsi Vaşinqtonun daxili bazarda inflyasiya ilə mübarizə və xarici siyasət manevr imkanlarını kəskin şəkildə daraldır.
Ekspertlər xəbərdarlıq edirlər ki, mövcud vəziyyətdə İranın Hörmüz boğazında gərginliyi hər hansı yolla yenidən artırması regional böhranı qlobal miqyaslı tarixi enerji fəlakətinə çevirə bilər. Qırmızı dəniz və Hörmüz marşrutlarının eyni vaxtda bloklanması dünya iqtisadiyyatını son onilliklərin ən ağır resessiya riski ilə üz-üzə qoyur.
Nazim Hacıyev
Telegram kanalımız