Uşaq yaşlarından səhnəyə çıxan və illərdir Türkiyə şou-biznesinin tanınmış simalarından olan Emrah Ərdoğan (Küçük Emrah) bu dəfə sahib olduğu daşınmaz əmlaklarla diqqət mərkəzinə düşüb. Müğənninin kirayə verdiyi mənzillərdən hər ay milyonlarla lirə qazandığı iddia olunur.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, “Küçük Emrah” ləqəbi ilə tanınan sənətçinin İstanbul və Bodrumda yüzlərlə mənzili var. Onun aylıq kirayə gəlirinin 300 min dolları, təxminən 10 milyon lirəni keçdiyi bildirilir. Müğənninin əmlaklarının sayı ilə bağlı isə fərqli rəqəmlər səsləndirilir. Bəzi mənbələr onun 200-dən çox, digərləri isə 300-dən artıq mənzilə sahib olduğunu yazır.
Emrahın daşınmaz əmlaka yatırdığı pullarla bağlı başqa maraqlı məlumatlar da yayılıb. İddialara görə, o, İstanbulda təxminən 3 milyon dollara idman kompleksi alıb. Daha sonra həmin binada yerləşən 12 mağazanı və bir dubleks mənzili də alaraq əmlaklarını artırıb. pizza mizza
Sənətçinin Şişli rayonunda mənzil, Bodrumda isə təxminən 8 milyon lirə dəyərində villa aldığı da iddia edilir. Məlumatlarda Emrahın bir vaxtlar 300-ə yaxın mənzilini sataraq vəsaiti daha böyük layihələrə yatırdığı da qeyd olunur. Bununla belə, müğənninin hazırda neçə mənzilə sahib olduğu və kirayədən dəqiq nə qədər qazandığı barədə rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Emrahın maddi vəziyyəti 2022-ci ildə məhkəmə çəkişməsi zamanı da gündəmə gəlmişdi. Həmin vaxt onun aylıq gəlirinin təxminən 400 min lirə olduğu bildirilmişdi.
Telegram kanalımız