Avropa İttifaqı Türkiyə və İsrailin diplomatik əlaqələri artırmaq və qarşılıqlı səfirlər təyin etmək qərarından məmnun olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə və qonşuluqdan məsul üzvü Oliver Varhelyi mövzu ilə bağlı sosial mediada verdiyi açıqlamada "Türkiyə və İsrailin tam diplomatik əlaqələri bərpa etməli olduğu bəyanatını alqışlayıram", - deyib.
Bunun ikitərəfli əlaqələrin gücləndirilməsi, regionun sabitləşdirilməsi və rifahın artırılması üçün yeni bir mərhələ olduğunu qeyd edən Varhelyi, "Aİ yeni əməkdaşlıq zəminlərinin yaradılmasına dəstək verməyə hazırdır", - deyib. Pepperoni pizza
Telegram kanalımız