Kipr 2028-ci ilin martından etibarən Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünə başlaya bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Kiprin energetika naziri Mixalis Damianos Associated Press-ə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qaz Kiprin cənub sahillərində yerləşən Cronos yatağından çıxarılacaq. Daha sonra qaz Misirin sahillərinə nəql ediləcək və tankerlərlə Avropaya göndəriləcək. pizza
Layihə üzrə işlərin 2026-cı ildə başlanması planlaşdırılır. Boru kəmərinin tikintisinin 18 aya qədər davam edəcəyi gözlənilir.
Layihədə Fransanın TotalEnergies və İtaliyanın Eni şirkətləri də iştirak edəcək.
Damianos Avropada Ukrayna və Yaxın Şərqdəki vəziyyət fonunda alternativ qaz mənbələrinə ehtiyacın artdığını bildirib. Onun sözlərinə görə, Kipr gələcəkdə Avropa üçün yeni qaz mənbələrindən birinə çevrilə bilər.
Telegram kanalımız