Axtarışda olan şəxsləri polis belə tapdı -   Şübhəlilər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan şəxsləri polis belə tapdı - Şübhəlilər saxlanıldı

Kriminal

16 Sentyabr 2026 10:12 78


Sentyabrın 15-də Azərbaycanda cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib.

Bu barədə "Yeni Sabah"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Dördpendirli pizza

Axtarışda olduğuna görə ümumilikdə 141 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 103 nəfər borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 16 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!