“Azər Əliyev legionerdir”- Elxan Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Azər Əliyev legionerdir”- Elxan Məmmədov

İdman

02 Fevral 2022 14:37 690


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Neftçi"nin yeni transferi Azər Əliyevin durumuna aydınlıq gətirib. 

Yenisabah.az xəbər verir ki, o,  Komitə iclasından sonra keçirdiyi mətbuat konfransında A.Əliyevlə bağlı açıqlama verib: 

"Neftçi"nin futbolçusu Azər Əliyev "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunun ikinci yarısında meydana çıxıb, lakin legioner futbolçudur.  Azər Əliyev Azərbaycan pasportunun alınması ilə bağlı quruma müraciət etməyib. Prosedur belədir ki, futbolçunun özü bizə müraciət edir, biz Rusiya Futbol İttifaqından rəy alırıq ki, bu oyunçu Rusiya yığmasında çıxış etməyib. Daha sonra məsələ ilə bağlı FIFA-ya müraciət olunur".  Pepperoni pizza

Qeyd edək ki, Azər Əliyevin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Son klubu Rusiya "Ufa"sı olub və yanvarın 28-i "Neftçi" ilə 3,5 illik müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!