“Sabah” klubu “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
“Yeni Sabah” xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi. Online alış-veriş
“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib. O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.
Telegram kanalımız