Azərbaycan PISA 2025 beynəlxalq qiymətləndirməsində riyaziyyat üzrə 49-cu yerdə qərarlaşıb.
“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-in nəticələrini açıqlayarkən deyib.
Azərbaycan riyaziyyat üzrə 91 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Nazir bildirib ki, xüsusilə Bakı şəhərinin riyaziyyat üzrə nəticələri və inkişaf dinamikası sevindiricidir. Sezar pizza
“Bakı bizi riyaziyyat üzrə çox sevindirir. Azərbaycanda riyaziyyat məktəbi var və bu, bizi sevindirir. Ən yaxşı xəbərlərimiz riyaziyyatla bağlıdır. Bizim riyaziyyatımız qənaətbəxşdir, amma əlaya doğru getməliyik”, – deyə nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, COVID-19 pandemiyası təhsilə ciddi təsir göstərib, lakin həmin dövrdən sonra Azərbaycanın göstəriciləri artıb.
Nazir əlavə edib ki, Azərbaycan riyaziyyat üzrə ümumilikdə pis nəticə göstərməyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız