Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla qarşılaşıb. Sezar pizza
Rəqibini məğlub edən Qurbanova finala vəsiqə qazanıb.
Ruzanna Məmmədova (59 kq) isə eyni mərhələdə macarıstanlı Eda Balaşa ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini tam üstünlüklə - 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qeyd edək ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.
Telegram kanalımız