Azərbaycan koronavirusdan ölən uşaq varmı?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan koronavirusdan ölən uşaq varmı?

Sosial

20 Avqust 2021 16:27 1402


"Azərbaycanda koronavirusdan ölən uşaq yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu həkim, radioloq Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hazırkı durumda yoluxma sayı önəmli deyil. "Əsas ağır xəstələrin sayıdır. Doğrudur, COVID-ə uşaqlar da yoluxur, lakin onların arasından dünyasını dəyişən yoxdur". pizza sifarişi

Aydın Əliyev əlavə edib: "Hər il uşaqlar qrip olurdu, mədə-bağırsaq problemləri yaşayırdılar və sağalırdılar. Virus əvvəlki qriplərlə eynidir, qorxulu heç bir məsələ yoxdur. Hər kəs yoluxub sağalacaq. Hazırda ürək-damar xəstəliklərindən daha çox insan dünyasını dəyişir".

Həkim öz məsləhətlərini bölüşüb: "Uşaqlar xəstələnən zaman qızdırmaları 38-dən yuxarı olduqda çoxlu maye içirilməlidir, mədə-bağırsaqda pozuntu varsa, ola bilər ki, sistem qoşulsun. Əgər vəziyyət ağır olsa, dərman preparatlarından istifadə etmək olar".

"Koronavirus olmasa belə insanlar müxtəlif problemlərdən dünyasını dəyişir, heç kim dünyanı tutub qalmayacaq. Stress immun sistemini zəiflədir, insanları bu qədər qorxuda saxlamaq olmaz", - deyə Aydın Əliyev qeyd edib.

 Həkim vaksin məsələsinə də toxunub: “Uşaqlar üçün vaksin müəyyən sınaqlardan keçməlidir. Müyyən sınaqlardan sonra qəbul olunsa, niyədə vurulmasın”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!