Azərbaycan qazının əsas ünvanı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qazının əsas ünvanı bəlli oldu

İqtisadiyyat

19 Avqust 2026 12:14 50


2026-cı ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kubmetr təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə açıqlanan statistik məlumatda bildirilib. Qeyd olunub ki, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla formalaşan təbii qaz ehtiyatlarının 29,2 faizi ölkə daxilində istehlak edilib, 60,1 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib.

Ehtiyatların 8,2 faizi isə iyul ayının əvvəlinə qalıq kimi saxlanılıb. Pepperoni pizza

Ölkə daxilində istehlak edilən təbii qazın 56,8 faizi istehsal ehtiyaclarına, 43,2 faizi isə əhaliyə satışa yönəldilib.

Əhali tərəfindən istehlak olunan təbii qazın ən böyük hissəsi Bakı şəhərinin payına düşüb. Belə ki, ümumi istehlakın 36,6 faizi Bakıda qeydə alınıb.

Naxçıvanın payı 3,1 faiz, Abşeron-Xızının 11,8 faiz, Gəncə-Daşkəsənin 6,2 faiz, Qazax-Tovuzun 5,9 faiz, Lənkəran-Astarasının 5,8 faiz, Mərkəzi Aranın 5,6 faiz, Şəki-Zaqatalanın 5,5 faiz, Quba-Xaçmazın 5,1 faiz, Qarabağın 4,7 faiz təşkil edib.

Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarının hər birinin payı 3,6 faiz, Dağlıq Şirvanın 2,4 faiz, Şərqi Zəngəzurun isə 0,1 faiz olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!