Azərbaycanda 25 körpəyə Allahşükür adı verilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 25 körpəyə Allahşükür adı verilib

Sosial

25 May 2022 12:36 1111


Son 5 ildə Azərbaycanda yeni doğulan 25 körpəyə Allahşükür adı verilib.

Yenisabah.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2018-ci ildə 7, 2019-cu ildə 6, 2020-ci ildə 6 uşağa valideynləri Allahşükür adı qoyublar.

2021-ci ildə daha 4, 2022-ci ildə isə 2 körpə Allahşükür adlandırılıb. Dominos pizza

Hamıya məlumdur ki, Azərbaycanda Allahşükür adı deyiləndə ilk ağıla gələn şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə olur.  Bu adın məşhurlaşması da elə şeyx həzrətlərilə bağlıdır.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 209 uşağa Allahverdi, 15 uşağa Allahverən adı qoyulub.

Bundan başqa, 36 körpəyə Allahyar, 8 körpəyə Allahqulu adı verilib. 

Son 5 ildə Azərbaycanda valideynləri 2 uşağa çoxları üçün qeyri-adi səslənə biləcək Allahpayı adı veriblər.

1 körpənin doğum haqqında şəhadətnaməsinə isə isə Allahbağış adı yazılıb./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!