Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmadı
23 İyl 2021 20:20
633

Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmadı

Rusiyalı jurnalist, “Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

İ.Azar bildirib ki, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib. Lakin onun paylaşdığı müvafiq sənəddə “Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermir” bəndi işarələnib.

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə “persona non grata” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub./Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər