Azərbaycanda ateistlərin sayı: bu rəqəm çoxlarını təəccübləndirəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ateistlərin sayı: bu rəqəm çoxlarını təəccübləndirəcək

Maraqlı

02 Sentyabr 2026 17:32 33


Ateizm dünyada geniş yayılan dünyagörüşlərindən biridir. Lakin ateistlərin dəqiq sayını müəyyənləşdirmək asan deyil. Buna səbəb insanların “ateist”, “dinsiz”, “aqnostik” və ya “dindar olmayan” anlayışlarını fərqli şəkildə qəbul etməsidir. Müxtəlif beynəlxalq araşdırmalarda ölkələr üzrə ateistlərin və dini inancı olmayan insanların sayı müəyyənləşdirilməyə çalışılır.

Modern.az xəbər verir ki, World Values Survey və WIN/Gallup-un ötən il 64 ölkə və 80 mindən çox respondentlə apardığı sorğu əsasında ayrı-ayrı ölkələr üzrə atesitlərin sayı açıqlanıb.

Siyahıda ən yüksək ateist göstəriciləri olan ölkələrin başında İsveç, Yaponiya və Çin gəlir. Bu ölkələrdə əhalinin müvafiq olaraq 76%, 72% Çin və 71%-I ateistdir. Növbəti pillələrdə Danimarka (70%), Norveç (70%), Estoniya (70%), Cənubi Koreya (65%), İspaniya (61%), Almaniya (60%) və Finlandiya (60%) gəlir. pizza mizza

Araşdırmaya görə, Azərbaycanda respondentlərin 37%-i özünü ateist kimi qiymətləndirib. Bununla belə, bu rəqəm bütün Azərbaycan əhalisinin mütləq 37 faizinin ateist olması anlamına gəlmir.

Maraqlıdır ki, Azərbaycan bu göstərici ilə ABŞ və Argentina ilə eyni - 37% səviyyəsindədir. Rusiya və Ukraynada isə göstərici 36%, Polşada 35% təşkil edib. Qazaxıstanda ateistlərin göstəricisi 49%, Ermənistanda 35%, İranda 28% göstərilir. Türkiyə üzrə həmin siyahıda dini olmayanların payı isə 24,5% göstərilib.

Qeyd edək ki, tədqiqatlar ölkələr üzrə fərqli illərdə və metodologiyalarla keçirilir. Buna görə müxtəlif mənbələrdə eyni ölkə üçün fərqli nəticələrə rast gəlmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!