Azərbaycanda balıq ovuna qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda balıq ovuna qadağa qoyuldu

Sosial

29 Mart 2022 17:33 770


Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında 1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Moratorium sentyabrın 1-dək davam edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir. F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb.  Sezar pizza

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovlaya bilərlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!