Türkiyəli fenomen Danla Bilic estetik əməliyyatlara indiyədək 30 milyon lirə (1 milyon manatdan çox) xərclədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, xarici görünüşünü dəyişmək üçün bu qədər xərcə düşən Bilic peşman olduğunu dilə gətirib:
“Üzüm və bədənim də daxil olmaqla, indiyədək ümumən 30 milyon lirə xərcləmişəm. Kaş gözəlləşməyə çalışmaq əvəzinə Suadiyədən daha bir mənzil alsaydım”. Toyuqlu pizza
D.Bilic omba nahiyəsinə etdirdiyi “Aquafilling” dolğusundan sonra ciddi fəsadlarla üzləşib. Dolğudan xilas olmaq üçün 9 dəfə əməliyyat keçirən fenomen sonradan infeksiya, yüksək hərarət və hərəkət çətinliyi ilə üzləşib.
Aydan Hacı
Telegram kanalımız