“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 1,4 milyard manatı aşdı

saytların hazırlanması

Evə çatdırılma

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 1,4 milyard manatı aşdı

İqtisadiyyat

03 Noyabr 2026 14:12 89


“Ziraat Bank Azərbaycan” ASC 2026-cı ilin hesabat dövrünə dair maliyyə göstəricilərini təqdim edib. Məlumata görə, bankın cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 32,8% və ya 354,02 milyon manat genişlənərək 1 milyard 433,38 milyon manat həddinə çatıb.

“Yeni Sabah” xəbər verir ki, keçən ilin analoji dövründə bu rəqəm 1 milyard 79,36 milyon manat səviyyəsində idi. Hesabat dövründə bankın depozit portfeli də nəzərəçarpacaq dərəcədə möhkəmlənib. 2025-ci ildə 628,82 milyon manat təşkil edən depozitlərin həcmi illik müqayisədə 39,01% və ya 245,29 milyon manat artaraq 874,10 milyon manata qalxıb.

Depozitlərin strukturunda hüquqi şəxslərin tələbli depozitləri 43,70% artaraq 302,89 milyon manatdan 435,24 milyon manata yüksəlib. Fiziki və hüquqi şəxslərin ümumi müddətli depozitləri isə 39,34% çoxalaraq 290,24 milyon manatdan 404,42 milyon manata çatıb. Müddətli depozitlərin tərkibində hüquqi şəxslərin vəsaitləri 64,08% artımla 233,92 milyon manata, əhalinin müddətli depozitləri isə 15,45% artımla 170,49 milyon manata yüksəlib. Əhalinin tələbli depozitlərində isə cüzi azalma qeydə alınıb — göstərici 3,46% enərək 34,45 milyon manat təşkil edib. Toyuqlu pizza

Bankın digər maliyyə institutları qarşısındakı depozit öhdəlikləri 14,23% böyüyərək 408,32 milyon manata çatıb. Bu kateqoriya üzrə bankların depozitləri 58,24% azalaraq 38,40 milyon manata düşsə də, digər maliyyə institutlarının depozitləri 39,33% artaraq 369,92 milyon manata yüksəlib. Eyni zamanda, digər maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklər 40,47% artımla 107,63 milyon manata çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!