“WhatsApp” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ! – Prezidentin adından 100 manat...

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ! – Prezidentin adından 100 manat...

Sosial

03 Noyabr 2026 14:59 401


Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.

Milli Kibertəhlükəsizlik Agentliyindən “Yeni Sabah”a bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

“Vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edirik. Onlardan bu cür hallarla qarşılaşdıqda agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur”, - deyə MKA-nın məlumatında bildirilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!