"Çalışaq ki, ailə quranda gənclərimizə tövsiyə edək ki, getsinlər Şəhidlər Xiyabanını gedib ziyarət etsinlər".
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu ilahiyyatçı Ağa Hacıbəyli bildirib.
Onun sözlərinə grörə, İslam dinində nikahın özəl şərtləri var: Dördpendirli pizza
“Nikah ailə qapısının çox önəmli açarı hesab olunur. Kəbinin kəsilməsi üçün xüsusi bir yer təyin olunmayıb. Yəni evdə, bağda, məsciddə və s. məkanlarda kəsilə bilər. Xüsusi sıxıntısı yoxdur. Lakin nikahın məscidlərdən kənarda kilsə kimi digər inanc yerlərində kəsilməsi dinimizdə caiz görülmür, yəni buna hansısa alim birmənalı şəkildə xoş baxmayıb. Bəyənilməyən əməl kimi baxılıb.
Evlilik hadisəsi bir gəncin ən təbii haqqlarından biridir. İnsan ailə dövlətini qurarkən öz milli və mənəvi dəyər və adətlərini bir kənara qoyub başqa xalqın inanc və etiqadlarında, onların qüdsi və müqəddəs saydığı yerlərdə kəbinin kəsdirilməsi adət halını almış olsa da xoş olmayan hadisədir. Bu baxımdan çalışaq ki, ailə quranda gənclərimizə tövsiyə edək ki, getsinlər Şəhidlər Xiyabanını gedib ziyarət etsinlər. Orada and içsinlər, söz versinlər. Niyə biz kilsə və ya digər inanc yerlərinə üz tutmalıyıq, ayaq basmalıyıq ki?!
Eyni zamanda məscidlərimiz, mübarək yerlərimiz varkən nə ehtiyac qalıb ki, insanlarımız belə bu zərurəti digər yerlərdə doldurmağa çalışır. Bizim milli, dini kimliyimiz, kökümüz, keçmiş və gələcəyimiz var. Ona görə gənc nəsil milli mənəvi dəyərlərimizə üz tutmalı və gözəl şəkildə də kəbinlərini kəsdirməlidirlər”.
Telegram kanalımız