İradə İbrahimova illər əvvəl meyxanaçı Namiq Qaraçuxurlunun duet təklifindən imtina etməsinin səbəbini izah edib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı “Kəşf et” proqramında həmin vaxt karyerasının başlanğıcında olduğunu bildirib:
“Namiq Qaraçuxurludan təklif gəlmişdi. Yeni parıldayırdım, estradada özümü tanıtmağa çalışırdım. Elə qarmaqarışıqlıq edə bilməzdim. Özümü təsdiqləsəydim, edərdim". Dördpendirli pizza
İ.İbrahimova hazırda da meyxanaçı ilə duet oxumaq fikrində olmadığını söyləyib:
“İndi də etməzdim. Böyük cəsarətdir”.
Telegram kanalımız