Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

Avto

10 Oktyabr 2026 11:54 731


Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin bahalaşma müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.

İllərdir ölkədə ən əlçatan avtomobillərdən biri sayılan 20-ci kuza (2008-ci il buraxılış) "Toyota Prius"ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib. pizza sifarişi

Digər model və illər üzrə bazardakı qiymət dinamikası:

2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 - 21 900 AZN

2014–2019-cu il modelləri (1.8L): 20 700 - 27 000 AZN

Prius Prime / PHV modelləri (2016–2025): 23 800 - 35 900 AZN

Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 - 40 500 AZN

Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərinin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili pazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir. Bazardakı bu qiymət artımı xüsusilə büdcəli avtomobil almaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!