Azərbaycanda bu mərkəz 200-dən artıq asılılığı müalicə edir: Qumar, narkomaniya... 

Azərbaycanda bu mərkəz 200-dən artıq asılılığı müalicə edir: Qumar, narkomaniya... 

Sosial Veb saytların hazırlanması

30 Dekabr 2023 15:01 4147


2021-ci ildən Azərbaycanda fəaliyyət göstərən SPR Sosial Psixoloji Reabilitasiya Mərkəzi alkoqolizm, narkomaniya və qumar asılılığının müalicəsini uğurla davam edir. 

Mərkəzdən verilən məlumata görə, SPR Mərkəzlərinə müraciət edənlər arasında alkoqolizm və qumar asılılığı olan şəxslərdən daha çox narkomaniyaya düçar olmuş şəxslər üstünlük təşkil edir. 

Mərkəzin direktoru Ruslan Həsənzadənin sözlərinə görə, psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər özləri Mərkəzə müraciət edir və keçən 2 il ərzində 1000-dən artıq pasiyentə psixoloji yardım görstərilib. Müalicədən sonra həmin şəxslər sağlam şəkildə Mərkəzdən ayrılıblar.

Müraciət edənlərin əsasən kişilər olmasına baxmayaraq, qadınlar üçün də SPR-ın ayrıca mərkəzi fəaliyyət göstərir. Mərkəzdə qadınlar həyatı məhv edən asılılıqlardan müalicə alır. 

“SPR Reabilitasiya Mərkəzi açılanda 6 nəfər mütəxəssis ilə işə başlamışdırsa, hazırda mərkəzdə 20 nəfər peşakar psixoloq və məsləhətçi çalışır. Mərkəzin əsas binası və filialları Bakı şəhər və şəhərə yaxın qəsəbələrdə yerləşir. Müraciət edənlərin anonimliyi tam olaraq qorunur və buna bir qayda olaraq təlimlərdən keçmiş Mərkəzin bütün əməkdaşları tərəfindən riayət edilir” – deyə R. Həsənzadə bildirib.

“SPR Sosial Psixoloji Reabilitasiya Mərkəzinin psixoloq-mütəxəssisləri daima müvafiq kurslarda və təlimlərdə iştirak edir, biliklərini təkminləşdirir, müvafiq beynəlxalq qurumların sertifikatlarına layiq görülürlər. Mərkəzi fərqləndirən digər amil xüsusi hazırlanmış “12 addım” adlı proqramıdır. Bu proqrama əsasən Mərkəzin mütəxəssisləri insanı 200-dən artıq zərərli asılılığdan xilas edə bilir. 

“12 addım” adlı xüsusi proqram 6 ay ərzində həyata keçirilir və bu müddət ərzində SPR-a müraciət edənlər bütün şəraiti olan Mərkəzlərdə qalır və reabilitasiya kursunu keçir. Qeyd olunan proqrama uyğun olaraq SPR-ın hər Mərkəzində maksimum 36 nəfər reabilitasiya üçün yerləşdirilə bilər”.

Fəaliyyət göstərdiyi kiçik bir dövrə baxmayaraq, SPR Sosial Psixoloji Reabilitasiya Mərkəzi Azərbaycanda bir çox mükafatlara layıq görülüb. Dünya reabilitasiya və anonim cəmiyyətləri ilə də mübadilə mövcuddur və beynəlxalq əlaqələrin inkişafı növbəti 2024-cü ildə də planlaşdırılır.  

«Narkotik aludəçisinin reabilitasiyası, yalnız asılılığın sağlamlığını və şəxsiyyətini bərpa etmək deyil, həm də onu tam həyata qaytarmağa yönələn kompleks bir tədbirdir. Bizə müraciət edən şəxsin psixoloji və sosial reabilitasiyasına ehtiyacı var. Yalnız bundan sonra xəstə tam bir həyata qayıda bilər» deyə, Ruslan Həsənzadə bildirib.

Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33

https://spr.az/

https://www.instagram.com/spr_baku/

https://www.facebook.com/sprbaku/ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!