Aptekdən oğurladığı üz kremlərini satan şəxsi polis saxladı

saytların hazırlanması

Evə çatdırılma

Aptekdən oğurladığı üz kremlərini satan şəxsi polis saxladı

Kriminal

26 Noyabr 2026 12:12 67


Nərimanov rayonu ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, aptekə müştəri qismində daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 500 manata yaxın olan üz kremlərini oğurlayıb. Hadisə barədə aptek sahibi polisə müraciət edib.

Polisin keçirdiyi tədbirlərlə oğurluq edən O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs oğurladığı məhsulları daha sonra gözəllik salonlarından birinə satdığını bildirib. Online alış-veriş

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!