Rusiya Aerokosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.
"Yeni Sabah" Kommersant-a istinadla xəbər verir ki, Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Qrexov barəsində həbs qətimkan tədbiri seçib.
Onun həbsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi təqdim edib. Onlayn mağaza
Generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmayıb.
“Baza”nın məlumatına görə, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.
Y.Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, hava hücumundan və raket hücumundan müdafiə qoşunlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2013-cü ildə hava hücumundan və raket hücumundan müdafiə qoşunlarının qərargah rəisi – komandirinin birinci müavini vəzifəsinə təyin edilib. 2015-ci ildə isə Aerokosmik Qüvvələrdə analoji vəzifəyə keçirilib.
2021-ci ildə Aerokosmik Qüvvələrin silahlanma üzrə baş komandan müavini təyin olunan Qrexova həmin il general-polkovnik hərbi rütbəsi verilib.
Telegram kanalımız