Kürdəmir rayonunda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər və yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə nəzarət tədbiri keçiriblər.
Yoxlama zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan, eləcə də yararlılıq müddəti başa çatmış müxtəlif əmtəə nişanlı qida məhsulları aşkarlanıb. Sərfəli qiymətə məhsullar
Bundan başqa, “Organic Gold”, “Gümüş Güllə” və “Organic Vodka” əmtəə nişanları ilə saxtalaşdırılaraq istehsal edilmiş alkoqollu içkilər də aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub. İstehlaka yararsız məhsullar satışdan çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Aytac Əliyeva
Telegram kanalımız