Noyabrın 2-də Bakıda "Sabah" klubu ilə İspaniyanın "Barselona" klubu arasında Çempionlar Liqası matçının keçirildiyi stadionda rusiyalı azarkeş vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, hadisə saat 21:45-də başlayan matçın ikinci hissəsində olub.
İlkin məlumatlara görə, ölümün səbəbi ürək çatışmazlığıdır. Hazırda araşdırma aparılır. Onlayn mağaza
Rusiyalı azarkeş Anton Petrişşev əslən Krasnoyarsk diyarındandır, 2 gün əvvəl onun 39 yaşı tamam olub.
Petrişюev Bakıya 11 yaşlı oğlu ilə birlikdə gəlibmiş. O, son bir neçə il Moskvada yaşayıb, dizayn və tikinti şirkətinin baş direktoru vəzifəsində çalışıb. A.Petrişşev Rusiya Premyer Liqasında "Lokomotiv" Moskva komandasına azarkeşlik edib. Onun xanımı və 2 azyaşlı uşağı qalıb.
Xatırlatma: Oyun Bakı Olimpiya Stadionunda keçirilib. "Barselona" 4-1 hesabı ilə qalib gəlib.
Telegram kanalımız