“Hələ də qayıtmağa ümid edirik” – Vahid Ələkbərov

saytların hazırlanması

Evə çatdırılma

“Hələ də qayıtmağa ümid edirik” – Vahid Ələkbərov

İqtisadiyyat

26 Noyabr 2026 13:36 271


“LUKoil”un Rusiyadan kənarda fəaliyyətə başladığı ilk ölkələr Azərbaycan və Qazaxıstan olub. Bu barədə şirkətin təsisçisi Vahid Ələkbərov danışıb.

Ötən illər ərzində Bakının necə dəyişməsi barədə danışan V. Ələkbərov neft yataqlarının işlənməsindən əldə edilən gəlirlərin insanlara fayda verməsinin təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin töhfələrini xüsusi qeyd edib.

“Yeni Sabah” “Vesti”yə istinadla xəbər verir ki, V. Ələkbərov bu barədə Səidə Medvedyevanın “LUKoil”un 35 illiyinə həsr olunmuş “Rusiya nefti ilə vahidik” sənədli filmində bəhs edib. Məişət texnikası

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan liderləri layihələrə investisiya cəlb etməyə kömək ediblər. Şirkət rəhbəri bunu unikal hal adlandırıb. “Biz Azərbaycan və Qazaxıstanla fəaliyyətə başladıq. Unikal layihələr hazırlanıb. Bu ölkələrin böyük liderləri onların inkişafı üçün investisiya cəlb etməyə imkan yaratdılar. Əlbəttə ki, bu gün Bakı şəhərinə baxmaq xoşdur, çünki həm ata Əliyev, həm də oğul Əliyev yataqların işlənməsi və bu pulların insanlara fayda verməsi üçün çox iş görüblər. Şəhərlər dəyişib, transformasiya olunub”, - deyə V. Ələkbərov bildirib.

“LUKoil” şirkətinin belə layihələrindən biri 1994-cü ildə Bakıda “Azəri”, “Çıraq” yataqlarının və dərinsulu “Günəşli” hissəsinin işlənməsi üçün imzalanmış “Əsrin müqaviləsi” olub. Şirkətin layihədəki payı 10 faiz idi. 1996-cı ildə “LUKoil” Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” layihəsinə də qoşulub.

V. Ələkbərov, həmçinin Xəzərin şimalında kəşfiyyatla bağlı riskləri xatırladıb. Əvvəllər orada qazılmış bir neçə quyu uğursuz olmuşdu. O, sonrakı uğuru mühəndislərin əməyinə və bir az da şansa bağlayıb. “Kim bilir ki, orada 5000 metr dərinlikdə nə gizlənir? Bir kilometr ora-bura gedəndə isə tam uğursuzluğa düçar olursan”, - deyə o bildirib.

Şirkət rəhbəri “LUKoil”un beynəlxalq bazardan çıxmasını siyasi vəziyyətlə əlaqələndirib. O, şirkətin onilliklər ərzində investor olduğu ölkələrin onu geri dəvət edəcəyinə ümid etdiyini bildirib. “Biz pərdələri tamamilə çəkmirik; hələ də qayıtmağa ümid edirik”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!