İrəvanda “TRIPP Development Company”yə dair saziş layihəsi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda “TRIPP Development Company”yə dair saziş layihəsi təsdiqləndi

Dünya

26 Noyabr 2026 12:06 76


Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə "TRIPP Development Company" adlı səhmdar cəmiyyətin yaradılmasına dair saziş layihəsini təsdiqləyib.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məsələni şərh edərkən bildirib:

"Bu gün TRIPP layihəsinin həyata keçirilməsində daha bir mühüm mərhələyə qədəm qoyuruq”. Sərfəli qiymətə məhsullar

Saziş Ermənistan hökuməti ilə ABŞ-da yaradılmış TRIPP Development Company US arasında imzalanacaq. Sənədin bir həftə ərzində imzalanması, bundan sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması gözlənilir.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti beş nəfərdən ibarət olacaq. Onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!