Azərbaycan çempionu "Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində (Liqa mərhələsi) ən çox qurtarış edən qolkiper adına yiyələnib.
“Yeni Sabah” xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, 33 yaşlı qapıçı geridə qalan 5 tur ərzində ümumən 31 "seyv"lə siyahıya başçılıq edir.
Bakıda "Barselona"ya qarşı keçirilən matçda (1:4) komandasını 9 dəfə real qoldan xilas edən qazaxıstanlı qolkiper bu göstərici ilə turnirin zirvəsinə yüksəlib. Üstəlik, Pokatilovun İspaniya təmsilçisi ilə oyundakı qurtarışlarından biri UEFA tərəfindən 5-ci turun ən yaxşı beş "seyv"i sırasına daxil edilib. Onlayn mağaza
Qurtarış sayına görə ikinci pillədə Belçikanın "Brügge" klubunun qapıçısı Yan Zommer (28 "seyv"), üçüncü yerdə isə Portuqaliyanın "Portu" komandasının qolkiperi Dioqo Koşta (26 "seyv") qərarlaşıb.
Xatırlada ki, "Sabah" Liqa mərhələsinin 6-cı turu çərçivəsində növbəti oyununu dekabrın 8-də səfərdə İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcək.
Nazim Hacıyev
Telegram kanalımız