Bağçalarda çalışanlara vacib xəbər – İmtahanın vaxtı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Bağçalarda çalışanlara vacib xəbər – İmtahanın vaxtı dəyişdi

Sosial

26 Noyabr 2026 14:39 38


Bağçalarda çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 2026-cı il dekabrın 19–20-də keçiriləcək. Sərfəli qiymətə məhsullar

Tarixin dəyişdirilməsi imtahan prosesinin səmərəli təşkili, zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə əlaqədardır.

İmtahanın dəqiq keçirilmə vaxtı və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd olunub ki, təhsilverənlərin imtahana hazırlığını dəstəkləmək məqsədilə yaxın günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlər də təşkil ediləcək.

Xatırladaq ki, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını qiymətləndirmək, onların peşəkar inkişafını dəstəkləmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!