“Azərbaycanda bütün ərzaq məhsullarının qiyməti bahalaşacaq”   - İqtisadçıdan bədbin proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda bütün ərzaq məhsullarının qiyməti bahalaşacaq” - İqtisadçıdan bədbin proqnoz

Sosial

30 Mart 2022 13:41 1098


"Azərbaycanda bütün ərzaq məhsullarının qiyməti bahalaşacaq".

Bunu Yenisabah.az-a  açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

O, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda zəruri ərzaq məhsulları qiymətlərinin bahalaşacağı, hətta qəhətləşəcəyi ilə bağlı ajiotaja münasibət bildirib: Dördpendirli pizza

"Bitki yağlarının əksəriyyəti Azərbaycana Rusiyadan gətirilir. Həmçinin, buğdanın 2020-ci ildə 82%-i, 2021-ci ildə isə 93%-i Rusiyadan idxal olunub. Hazırda Rusiyadan ixrac məhdudlaşdırılıb. Rusiya prezidentinin qərarı ilə buğda ixracı sentyabr ayına qədər qadağan edilib. Bu, Rusiyanın un məhsullarına olan ehtiyaclarının daxili imkanlar hesabına ödənilməsi üçündür. Ona görə də, Azərbaycan sahibkarları bu istiqamətdə digər mənbələrdən taxıl idxalını mümkün varinatlarını axtarıb tapmalıdır".

A. Nəsirlinin sözlərinə görə, Azərbaycan ərzaq məhsullarının yarıya qədəri yerli istehsal hesabına təmin edilir:

“Dünya bazarında ərzağın qiyməti qalxıbsa, bu, özü-özlüyündə ölkəmizdə də qiymətlərin qalxmasına şərait yaradacaq. İnhisarçılar da dünya bazarında qiymət artımını bir qədər şişirdib. Bununla qiymətlərin bahalaşmasını stimullaşdıracaqlar. Ümumiyyətlə, Azərbaycanda bütün ərzaq məhsullarının qiyməti yaxın aylarda bahalaşacaq”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!