Azərbaycanda çörək ucuzlaşdı - YENİ QİYMƏT

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çörək ucuzlaşdı - YENİ QİYMƏT

Sosial

28 Oktyabr 2023 12:34 3283


Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir

Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir. pizza sifarişi

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!