Bu MMC nizamnamə kapitalını yarıbayarı azaldır

saytların hazırlanması

Evə çatdırılma

Bu MMC nizamnamə kapitalını yarıbayarı azaldır

İqtisadiyyat

23 Noyabr 2026 10:54 39


“İndustrial Business” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404142061) nizamnamə kapitalının 2 040 manatdan 1 020 manata endirildiyini elan edib.

“Yeni Sabah” xəbər verir ki, bu qərar şirkətin təsisçilərinin 20 noyabr 2026-cı il tarixli ümumi yığıncağında qəbul olunub. Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar elanın dərc edildiyi gündən 1 ay ərzində tələblərini yazılı şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov küçəsi, ev 41A/57, mənzil 11 ünvanına təqdim edə bilərlər. Şirkətin direktoru Oqtay Əsgərovun əlaqə nömrəsi 050-264-29-73 kimi göstərilib.

Qeyd edək ki, sözügedən şirkət 2018-ci ildə Bakı şəhərində B2B modeli əsasında yaradılıb. Şirkət əsasən neft-qaz və sənaye müəssisələrinin zəruri material və avadanlıqlarla təchizatı sahəsində fəaliyyət göstərir. Bakıda online alış-veriş

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!