Onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edildi

Sosial

23 Noyabr 2026 11:07 64


Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

"Yeni Sabah" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsil Şuraya təqdim etməlidir. ShopByBro

Media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.

Yekunda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır. Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 (səkkiz yüz) manat təşkil etməlidir.

Müsabiqəyə 30 noyabr, saat 18:00-dək müraciət etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!