Azərbaycanda koronavirusdan ölənlərin sayı yenə artdı   - Qorxudan statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan ölənlərin sayı yenə artdı - Qorxudan statistika

Sosial

25 Avqust 2021 17:24 1780


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45755 nəfərdir. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!