Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, hazırda 442 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib. pizza hut
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 141, bu günə qədər isə ümumilikdə 7 286 811 test icra olunub.
Telegram kanalımız