Azərbaycanda milli sosial şəbəkə yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda milli sosial şəbəkə yaradıldı

Rəqəmsal

15 Fevral 2019 02:03 2647


"CityMap.az" dövlət idarələri, hüquqi, habelə fərdi şəxsləri özündə cəmləşdirən ilk milli sosial şəbəkədir. Bu il fevral ayının 10-da istifadəyə verilib. 

“Yeni Sabah”ın məlumatına görə, şəbəkənin yaydığı xəbərdə deyilir ki, istənilən şəxs özünü və ya təmsil etdiyi qurumu rahat şəkildə heç bir ödəniş olmadan saytda qeydiyyatdan keçirə bilər. Sayt administrasiyasının müvafiq yoxlamaları və düzəlişlərindən sonra həmin kontent saytda öz əksini tapacaq. Saxta profillərdən saytı qorumaq üçün bütün qeydiyyatdan keçən şəxslərdən rəsmi (şəkilli) sənəd təqdim etmələri tələb olunur.

Məlumatda saytın rəhbəri Vaqif Hüseynovun adından başqa onun təsisçiləri haqda bilgi yoxdur. Pepperoni pizza

Bu hadisə "Facebook" və digər beynəlxalq şəbəkələrin təsirini azaltmaq məqsədilə milli sosial şəbəkənin yaradılmasının vacibliyi barədə söz-söhbətin və müzakirələrin fonunda diqqəti cəlb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!