Xəstəliyinizi dırnaqlarınıza baxaraq tapa bilərsiniz -   Gözardı etməyin!

saytların hazırlanması

Evə çatdırılma

Xəstəliyinizi dırnaqlarınıza baxaraq tapa bilərsiniz - Gözardı etməyin!

Sağlamlıq

24 Oktyabr 2026 19:13 131


Dırnaqlarda yaranan rəng dəyişiklikləri, ağ ləkələr və xətlər bəzən vitamin-mineral çatışmazlığının, travmanın və ya müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər.

“Yeni Sabah” xəbər verir ki, dırnaqların görünüşündəki bəzi dəyişikliklər orqanizmdə baş verən proseslər barədə məlumat verə bilsə də, yalnız bu əlamətlər əsasında hər hansı xəstəliyə diaqnoz qoymaq mümkün deyil.

Dırnaqlarda ağ ləkələr çox vaxt kiçik zədələrdən qaynaqlanır. Saralma göbələk infeksiyası ilə əlaqəli ola bilər. Qaşıq formasında içəriyə doğru əyilən dırnaqlar dəmir çatışmazlığı anemiyası ilə əlaqələndirilir. Dırnaqlardakı şaquli xətlər isə çox vaxt yaşla bağlı dəyişikliklərdən yaranır. Toyuqlu pizza

Üfüqi xətlər və dırnaq səthindəki kəskin dəyişikliklər bəzi hallarda ağır xəstəliklərdən və ya qidalanma pozuntularından sonra meydana çıxa bilər. Dırnaqların göyərməsi qanda oksigen səviyyəsinin azalması ilə əlaqəli ola bilər. Dırnaqların saat şüşəsinə bənzər şəkildə qabarıqlaşması isə bəzi ağciyər və ürək xəstəliklərində müşahidə edilir.

Dırnaqda yaranan tünd, xüsusilə qara və ya qəhvəyi zolaqlar da diqqətdən kənarda qalmamalıdır. Yeni yaranan, genişlənən və ya rəngi dəyişən belə zolaqlar nadir hallarda melanoma kimi ciddi xəstəliklərin əlaməti ola bilər.

Mütəxəssislər dırnaqlardakı dəyişikliklər uzun müddət davam etdikdə, sürətlə irəlilədikdə və ya bir neçə dırnağı əhatə etdikdə həkimə müraciət etməyi tövsiyə edirlər.

Qeyd edək ki, dırnaqlardakı hər dəyişiklik vitamin çatışmazlığı və ya xəstəlik demək deyil. Dəqiq səbəbin müəyyənləşdirilməsi üçün müayinə və zəruri hallarda laborator analizlər aparılmalıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!