Bakıda 189 ölkəni bir araya gətirən ilk dünya çempionatı keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 189 ölkəni bir araya gətirən ilk dünya çempionatı keçirilir

İdman

24 Oktyabr 2026 20:03 100


Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə çıxış edən turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışın əhəmiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur. Sezar pizza

“Milli Təşkilat Komitəsi adından FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir.

Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən sonsuz qürur duyur. Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular böyük şərəfə nail olublar: onlar öz ölkələrini dünya çempionatı səhnəsində təmsil edirlər.

FIFA-nın və prezident Canni İnfantinonun gələcəyə hesablanmış bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”, – deyə Samir Şərifov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!