Bakıda kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevin rəsmi pasportunun olmadığı iddia edilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan məlumatda bildirilir. Məlumata görə, “Ceyhun Sabunçu” kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsmi pasport qeydiyyatı olmayıb.
İddia olunur ki, o, əvvəllər Rusiya vətəndaşı olub, daha sonra həmin ölkənin vətəndaşlığından çıxıb və Azərbaycana qanunsuz yollarla gəlib. Həmçinin onun ölkədə heç vaxt rəsmi pasport qeydiyyatına düşmədiyi bildirilir. Pepperoni pizza
Məlumatda qeyd olunur ki, bəzi hallarda kriminal aləmin üzvləri axtarışlardan yayınmaq və hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmaq üçün bu cür üsullara əl atırlar.
İddialara əsasən, Ceyhun Mirağayev öldürüldüyü günədək rəsmi qeydiyyata malik olmayıb, onun qüvvədə olan şəxsiyyət vəsiqəsi və pasportu olmayıb.
Qeyd edək ki, Ceyhun Mirağayev Bakıda baş verən və deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi bildirilən kütləvi dava zamanı öldürülüb.
Telegram kanalımız