Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib. Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə Ağstafada minaya düşərək həlak olan şəxs qohumlarının yanına qonaq gedibmiş. Həlak olan Rəsullu Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş. Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır. Sərfəli qiymətə məhsullar
Telegram kanalımız