“Real” Arda Gülərə sərvət təklif etdi – Yeni maaşı ŞOKA SALDI!

saytların hazırlanması

Evə çatdırılma

“Real” Arda Gülərə sərvət təklif etdi – Yeni maaşı ŞOKA SALDI!

İdman

15 Noyabr 2026 16:58 107


“Real Madrid” Arda Gülərlə müqaviləni uzatmaq üçün hərəkətə keçib. İspaniya nəhəngi 21 yaşlı futbolçuya illik 8 milyon avro maaşla 5 illik yeni müqavilə təklif edib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyonun hesabatından sonra Madrid klubu əsas futbolçularının müqavilələrini yeniləməyə başlayıb.

Məlumata görə, Mourinyo komandada dörd futbolçunu “toxunulmaz” hesab edir və onların heyətdə saxlanılmasını istəyib. Bu siyahıya Cud Bellingem, Federiko Valverde, Aurelien Çuameni və Arda Gülər daxildir. Online shopping Azərbaycan

İspaniya mətbuatının yazdığına görə, “Real Madrid” rəhbərliyi Arda Gülərlə yeni müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər arasında razılaşmaya əsasən, futbolçunun sözləşməsi daha 5 il müddətinə uzadılacaq.

Hazırda bonuslar istisna olmaqla, ildə 6 milyon 250 min avro qazanan türkiyəli futbolçunun maaşı yeni müqavilə ilə 8 milyon avroya çatacaq. Beləliklə, Arda həftədə təxminən 153 min 846 avro, gündə isə 21 min 917 avro qazanacaq.

Müqavilənin yaxın vaxtlarda rəsmən imzalanacağı gözlənilir.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 14 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!