Azərbaycanda orta aylıq əməkhaqqı 11 faizdən çox artıb 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda orta aylıq əməkhaqqı 11 faizdən çox artıb 

Sosial

15 Yanvar 2024 13:10 517


2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manat təşkil edib. 

Yenisabah.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.  Marqarita pizza

2023-cü il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 732,6 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!