Azərbaycanda rayonlar birləşdirilir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rayonlar birləşdirilir?

Sosial

18 Aprel 2022 07:24 2009


"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın". 

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ARB24-də yayımlanan “Peşəkar mübahisə” verilişində bildirib.

S.Novruzov xatırladıb ki, iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Məsələn, böyük rayonu iki hissəyə bölüblər..." Toyuqlu pizza

Deputatın sözlərinə görə, rayonları birdən-birə birləşdirib 16-17 rayon yaratmaq olmaz: "Mərhələli şəkildə rayonları birləşdirmək mümkündür. Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!