Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı:   18 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı: 18 nəfər öldü

Sosial

17 Avqust 2021 16:45 2076


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir. Toyuqlu pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!