Azərbaycanda  yenidən   ZƏLZƏLƏ oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yenidən ZƏLZƏLƏ oldu

Hadisə

02 Noyabr 2025 09:31 5143


İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!